• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Eldar Mansurov arxivini AMEA-ya bağışladı

Eldar Mansurov arxivini AMEA-ya bağışladı

Xalq artisti Eldar Mansurov yaradıcılığını əks etdirən arxiv materiallarını AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlayıb.

Publika.Az-ın verdiyi xəbərə görə , bəstəkar təkcə öz əsərlərini yox, Azərbaycan Respublikasının xalq artisti, klassik muğamlarımızın mahir ifaçısı, tarzən Bəhram Mansurovun yaradıcılığını əks etdirən arxiv materiallarının bir nüsxəsini AMEA-ya bağışlayıb

Bunlar Aydın K.Əzimovun Eldar Mansurova bağışladığı “Şur” muğamının ifa tərzləri və onların nota alınması” toplusu, not yazısı Eldar Mansurova məxsus olan “Azərbaycan dəraməd və rəngləri”, özünün müəllifi olduğu “Simfonik rəqsləri”, simfonik orkestr üçün yazdığı “Simfoniya №4”, kamera orkestri üçün “Freskalar”, 2 hissədən ibarət “Saqinamə”, fortepiano üçün yazdığı “Miniatürlər Rubato”nun nota köçürülmüş kitab və kitabçaları, həmçinin 1995-ci ildə çap olunan “Muğam düşüncələrim” adlı məqalələrdən ibarət kitabaları və görkəmli tarzən Bəhram Mansurova aid olan Heydər Əliyev Fondu tərəfindən mahir tar ifaçısının anadan olmasının 100 illiyinə həsr edilmiş “Mansurovlar” kitabı, ustad tarzənin ifalarından götürülərək nota köçürülmüş “Azərbaycan qədim el havaları”, Mansurovlar ailəsinin layiqli övladlarından biri, dövrünün sənət bilicisi, iş adamı, ziyalısı Məşədi Süleyman Mansorovun yazdığı “Xatirələr” kitabını, görkəmli musuqi xadimlərinin Bəhram Mansurov haqqında dediyi sözlər və yaradıcılıq fəlaiyyətini əks etdirən fotoların yer aldığı kitabçalardan ibarətdir.

Eldar Mansurovun fəaliyyətini bütövlükdə əks etdirən CD toplusu və bütün yaradıcılığının elektron variantı da hədiyyələr arasındadır.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR