Bütün dünyanın gözü Azərbaycanda...
Bizi izləyin

Tabloid.az

Bütün dünyanın gözü Azərbaycanda...

Şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq 89-cu "Miss Globe International" gözəllik müsabiqəsinin də final tarixi dəyişdirilib.

Yarışmanın direktoru Savaş Agca 89-cu final tarixi barədə ANS PRESS-ə açıqlama verib. O, bildirib ki, müsabiqənin finalı bu ilin avqust ayının 27-si "Baku Crystal Hall"da baş tutacaq. Müsabiqəyə möhtəşəm şou ilə açılış ediləcək.

Bundan əlavə olaraq vurğulayıb ki, həmin gün demək olar ki, bütün dünyanın gözü Azərbaycanın paytaxtı Bakı şəhərində olacaq.

Təşkilatçı onu da qeyd edib ki, "Miss Globe International" haqda ancaq onun mətbuata açıqlama vermə hüququ var. Mətbuatda müsabiqə haqda yazılacaq digər xəbərlər əsassızdır.

Xatırladaq ki, "Miss Globe International 2014"ün Azərbaycan üzrə rəsmi tərəfdaşı "Z Company 2007" şirkətidir. Müsabiqənin keçirilməsi üçün tərəflər rəsmi şəkildə müqavilə imzalayıblar.

Təşkilatçılar müsabiqə ilə bağlı həftənin 1-ci günü saat 15:00-da "Baku Crystal Hall"un konfrans zalında mətbuat konfransı keçirəcəklər. Konfrans zamanı müsabiqə ilə bağlı bütün suallara Savaş Ağca geniş açıqlama verəcək.
Savaş bəy bəzi mətbuat orqanlarında müsabiqənin təxirə düşməsi barədə yazılan fikirlərə də aydınlıq gətirib:

"Müsabiqənin təxirə düşməsi haqda söhbət gedə bilməz. Sadəcə bəlli səbədən tarixi dəyişdirilib. Biz bu müsabiqəni Azərbaycanda keçirməklə bir daha qardaş ölkəmizi dünyaya tanıtmaq məqsədindəyik. Hər kəsi müsabiqəyə tamaşa etməyə dəvət edirik".

Müsabiqədə qonaq qismində tanınmış simalar Demet Akalın, Gökhan Özen, İnna, Kaan&Radio Killer, Lolita, Gürkan Uygun, Asena və başqaları iştirak edəcəklər. Aparıcı Türkiyənin tanınmış aktrisa və aparıcısı Burcu Esmersoy olacaq. Bundan başqa, tanınmış dəb ustası Barboros SANSAL və başqa süpriz isimlər də müsabiqəyə təşrif edəcəklər. Müsabiqəni işıqlandırmaq üçün Türkiyədən Kanal D magazin, Star magazin, Show Tv magazin, Tv8 Magazin proqramlarının çəkiliş qrupu da gələcək. Müsabiqəmizin şüarı "Dünya Azərbaycana gəlir" adı altındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm