Tabloid.az
“Mən də savaşa gedəcəyəm...”
"Qarabağ Azərbaycana qayıdacaq. O gün olacaq. Mütləq olacaq. Amma o günü görməyimiz üçün istər ön cəbhədə, istər arxa cəbhədə bir olmalıyıq".
Publika.az xəbər verir ki, bu fikirləri əməkdar artist Aybəniz
Haşımova Facebook səhifəsində bildirib. A.Haşımova lazım gələrsə,
Qarabağ uğrunda savaşa gedəcəyini bəyan edib:
"Kimlərsə 1992-ci ildə də öz mənfəəti üçün xeyir qazanmaq istədi,
qazandı da... Amma bu gün 1992-ci il deyil, 2014-dür və qüdrətli
dövlətimiz, ordumuz, oğullarımız var. Bu gün hər birimiz bu addımda
ölkəmizin, dövlətimizin yanında olmalıyıq.
Savaş qalıb bir yanda, biz öz ölkəmizin bəzi xoşagəlməz halları ilə
qarşılaşırıq... Bütün sənət əhlinin ürəyi Vətənlə, sizinlə yanır
əzizlərim. And içirəm sizə, gərəkdirsə mən də gedəcəyəm savaşa. Özü
də arxa cəbhədə yox, ön cəbhədə durmağa. Bunu 1992- ildə də etdim.
Yenə də edəcəm.
Amma erməni quduzuna imkan verməyək ki, ölkəmizdən kiçik belə
xoşagəlməz məlumatı eşidərək bayram etsin. Kimsə səhv etsə də, onu
öz içimizdə başa salaq ki, düz etmədin. Onu söymək, döymək və yaxud
da haqqında ləyaqətsiz ifadələr işlətmək bizə gərək deyil.
Vətənimin səhvli, səhvsiz bütün övladlarına qurban olum.
Onlar bizimdirlər. Vətən hər birimizin evidir. Onun tərkibində
yaşayan bütün övladlar bizim balamızdır. Onları yalnız tərbiyə edə
bilərik, söymək yox. Gəlin biri-birimizə dayaq və kömək olaq. Bu da
Vətən borcudur!" - deyə, əməkdar artist daha sonra qeyd edib.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?