• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Cəsarətli müğənni pəhrizsiz arıqladı-FOTOLAR

Cəsarətli müğənni pəhrizsiz arıqladı-FOTOLAR

Yeni ilə yeni repertuarla başlayan İlahə İbadova nəğmələri bu günlərdə televiziya və radio dalğasından səsləndirəcək. Hələlik isə sənətçi çəki azaltmağa qərarlıdır.

Ekrandan bir qədər dolu göründüyünə görə, kompleksi üzərindən atmaq istəyən sənətçi az yemək qənaətinə gəlib.

“Pəhriz proqramlarım var. Amma nə pəhriz, nədə idman etmədim. Sadəcə gündəlik qidama diqqət ayırdım. Az yeməklə xeyli çəki itirdim.

Səhhətimdə də əks təsir olmadı” – deyən sənətçi son bir neçə ayda 12 kq arıqlaya bildiyini söylədi. Daha 5-6 kq arıqlayandan sonra, İlahə İbadova arzuladığı formanı alacağına əmindir.

Yaradıcılığı isə yeni mahnıların təqdimatı ilə bitmir. Həmin mahnılardan ürəyə yatan birinə ekran həyatı veriləcək.

Zəminə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR