Bahar: "Kasıbçılıqdan ərə getdim"
Bizi izləyin

Tabloid.az

Bahar: "Kasıbçılıqdan ərə getdim"

Kasıbçılıqdan ərə getdim

Muğam ifaçısı Bahar Lətifqızı erkən ailə qurmasında danışıb. Publika.Az-ın məlumatına görə 18 yaşında ailə quran sənətçi sıxıntıları haqqında belə söyləyir:

“ Mən 18 yaşımda ərə getmişəm. 18 yaş çox tezdir. Evdə məsləhət olundu, məndə ərə getdim. Mənim yaşam tərzim başqa olub. Ana, ata mənim ətrafımda olmayıb. Mən uşaq evində böyümüşəm.

Mənim əhatəm müəllimələrdən ibarət olub. 18 yaşında ailəmin yanında oldum. Nə dedilərsə, onu da etdim. Evdə məni kasıbçılıq sıxdı. Uşaq evindəki sıxıntılarımla evimizdə də rastlaşdım.

Vallah ona görə ailə qurdum. Fikirləşdim ki, evim, geyimim olsun. Kasıbçılıqdan ərə getdim”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm