Ağdamdan qayıdan Xəyal Rza: “Paytaxtda yayılan xəbərlər doğru deyil” - Açıqlama
Bizi izləyin

Tabloid.az

Ağdamdan qayıdan Xəyal Rza: “Paytaxtda yayılan xəbərlər doğru deyil” - Açıqlama

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza cəbhə bölgəsi olan Ağdamdan qayıdıb.

Publika.az-a açıqlama verən Xəyal Rza cəbhədə son durum barədə danışıb: “Dünən hadisələri yerində təhlil etmək üçün Ağdama getdim və bu gün geri qayıtdım. Hərbçilərlə görüşdüm, baş verənlərdən yerindəcə xəbərdar oldum. Bir daha şahidi oldum ki, paytaxtda yayılan xəbərlər heç də doğru deyil. Ay Ağdamı aldılar, nə bilim, filan qədər şəhid verdik - boş şeylərdir. Belə dezinformasiya yaymaq lazım deyil”.

Xəyal Rza paytaxtda yayılan yalan xəbərlərin doğru, doğru xəbərlərin isə yalan çıxdığını bildirdi: “Camaatı yalandan aldatmaq lazım deyil”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm