Yalan danışan təqvimlər
Bizi izləyin

Tabloid.az

Yalan danışan təqvimlər

Bütün təqvimlər yalan danışır” – hələ məktəb partasından A.S.Qriboyedovun “Ağıldan bəla” komediyasından bu ifadə hamımıza tanışdır. Bəlkə də mexaniki oxuyub əzbərlədiyimiz mətnlər kimi heç bunun da fərqinə varmamışıq. Ancaq lənət şeytana, təqvim necə yalan danışa bilər?

Həm də pyesdə təqvim haqqında dəfələrlə xatırlanır. Budur, ikinci pərdədə Famusov xidmətçiyə müraciət edir:

Petruşka, sən həmişə dirsəkləri cırılmış Təzə paltardasan. Təqvimi çıxart görüm; Ponomar (aşağı rütbəli keşiş – tərc.) kimi oxuma, Hiss edərək, ağılla, aramla oxu. (Sətri tərcümə)

Dördüncü pərdədə Repetilov Skalozuba (Masqaraçıya) belə deyir:

Onun bütün katibləri ədəbsizdirlər, hamısı satqındırlar, Adamcığazlar, yazı yazan həşəratlar, Hamısı adam olublar, hamısı indi hörmətli olublar, Bir ünvan-təqvimə baxsana. (Sətri tərcümə)

Məsələ ondadır ki, söhbət ünvan-təqvim adlanan predmetdən gedir. Bu haqda isə nə biz, nə də ədəbiyyat müəllimlərimiz nəsə bilmirik. Çünki inqilaba qədər mövcud olmuş bu mətbu nəşr növü sonralar həmişəlik yox olub. Bu, necə təqvimdir ki, onu oxumaq lazımdır? Və o, nə barədə yalan danışır?

Ünvan-təqvim – çox maraqlı məhsuldur. Müasir həyat reallıqlarının dilinə tərcümə etsək, o, təqvim, gündəlik, hər hansı bir vilayətin dövlət orqanlarının məlumat kitabları və qeyd kitabçaları arasında ortaq bir mövqe tutur. Ünvan-təqvim adətkarda olduğumuz təqvim şəbəkəsini əhatə edərək məlum funksiyasını – vaxtı hesablamaq, bayram günlərini, doğma və yaxınların ad günlərini müəyyən etmək - yerinə yetirirdi. Ancaq bu, kitabın çox az bir hissəsini təşkil edirdi. Təqvimlə yanaşı kitab çoxlu faydalı məsləhətlərlə də zəngin idi: son ildə baş vermiş əlamətdar hadisələr haqqında, personalı ətraflı təsvir etməklə (“Hamısı adam olublar, hamısı indi hörmətli olublar”) dövlət və zadəgan seçki müəssisələrinin tərkibi, qvardiya polklarının şəxsi heyəti, xeyriyyə müəssisələrinin fəaliyyəti haqqında məlumatlar... 1765-ci ildən 1917-ci ilədək (152 il!) çıxan ünvan-təqvimlər daha məşhurdur. Təqvimin müasir nəslə məlum olmayan daha bir özəlliyi – qeyd üçün təmiz səhifələrin əlavə edilməsi idi. Bu, təqvimin məhz gündəlik hissəsi idi.

Qorunub saxlanılmış nümunələrdə əzizlərin doğum tarixləri, təsərrüfat işləri, borcların qaytarılması, alınması zəruri olan malların siyahısı və s. haqqında qeydlərə rast gəlmək mümkündür. Bu gün belə təqvimlərə yalnız kitab həvəskarlarının kolleksiyalarında rast gəlmək olar. Bu sənədlər tarixi öyrənmək baxımından da qiymətli mənbələrdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm