Moskva konsertinə biletlər satışa çıxarıldı – AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Moskva konsertinə biletlər satışa çıxarıldı – AÇIQLAMA

Oktyabrın 18-19-da Moskvanın “Krokus Siti Holl” səhnəsində keçiriləcək Vokalçıların Müslüm Maqomayev adına III beynəlxalq müsabiqəsinin konsertlərinə biletlər artıq satışa çıxarılıb.

Publika.az Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun rəsmi saytına istinadən xəbər verir ki, iki gün ərzində səhnəyə 9 ölkədən 15 gənc ifaçı çıxacaq. İl-ildən coğrafi əhatəsi genişlənən müsabiqədə iştirak üçün bu il 18 ölkə müraciət edib, onlardan 9-u seçilib.

Konsertlərə biletləri “Krokus Siti Holl”un kassalarından, www.crocus-hall.ru internet səhifəsindən, şəhərin “Ticketland.ru” kassalarından almaq olar.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm