“Eurovision”dan yeni loqo – Foto
Bizi izləyin

Tabloid.az

“Eurovision”dan yeni loqo – Foto

“Eurovision” mahnı müsabiqəsinin 2015-ci ildə tamam olacaq 60 illik yubileyi münasibətilə Avropa Yayımları Birliyi yarışmanın loqosunun təkmilləşmiş variantını təqdim edib.

Publika.az mahnı müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, loqonun yeni variantında “Eurovision” yarışmasının “modern klassikliyini” təsvir edən ürək, eləcə də bu sözün əlyazma forması saxlanılıb. Lakin elementlər sadələşdirilmiş düzülüşdə, bayraq bir qədər hərəkətli əks olunub və çıxıntılı detallar aradan qaldırılıb.

Loqoda “Gotham” şriftindən istifadə edilib, eyni zamanda, kiçik ölçüdə detalların itməsinin qarşısı alınıb. İnsanları bir araya gətirməyin simvolu olan ürəyə xüsusi diqqət yetirilməsi onu daha təsirli edir.

Qeyd edək ki, yeni variant 2004-cü ildən mövcud olan loqo əsasında hazırlanıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm