• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Safura Rəhimovadan ŞOK MÜSAHİBƏ: “Nazir sevgilim olub”- FOTOLAR

Safura Rəhimovadan ŞOK MÜSAHİBƏ: “Nazir sevgilim olub”- FOTOLAR

Onu çoxları “Facebook” sosial şəbəkəsində paylaşdığı açıq-saçıq fotolardan tanıdı. Sonradan model kimi fəaliyyət göstərməyə başlayan Safura Rəhimova indi yetərincə populyardır. Sən demə, son günlərin ulduz xanımının həyatında o qədər maraqlı məqamlar varmış ki – açıq fotolarını gizlətdiyi gələcək həyat yoldaşından tutmuş, nazir sevgiliyə qədər.

Safura, çoxları səni “Facebook”dan tanıyır. Amma son vaxtlar sosial şəbəkələrdə az-az görünürsən. Haralardasan?

– Məncə, belə daha məsləhətdi. Çox sıxılırdım, bir az istirahətə ehtiyacım vardı.

Deyəsən, istirahətin bir-iki ay çəkdi…

– Xeyr, artıq səkkiz ay idi ki, sosial şəbəkələrdən uzaq idim.

Birdən ərə gedərsən, xəbərimiz olmaz…

– Bəli, artıq 3 aydan sonra Azərbaycanı tərk edirəm. Yeni ölkədə yeni insanlarla yeni həyata başlayacağam.

Yəni artıq ailə qurmusan?

– Hələ yox, ancaq hazırlaşıram.

Həyat yoldaşın başqa millətdəndir, yoxsa?..

– Xeyr, öz millətimizdəndir. Sadəcə, burada yaşamır.

Sosial şəbəkədə yetərincə açıq-saçıq fotolar paylaşırsan. Gələcək həyat yoldaşının bundan xəbəri var?

– Xeyr, yoxdur və heç vaxt da olmayacaq.

Maraqlıdır, Azərbaycanda yaşamayan bir insanla tanışlığın necə baş verib?

– Hər şey qismətdəndi (gülür).

Yəni?

– Bir ziyafətdə görüb maraqlanmışdı Azərbaycanda olanda.

Uzun müddət Ziya adlı oğlanla sevgili idin. Belə başa düşdüm ki, həmin münasibət bitdi…

– Bəli, artıq səkkiz aydır Ziya ilə münasibətim yoxdur. Hər şey müvəqqəti həvəs idi, keçdi (gülür).

Gələcək həyat yoldaşının neçə yaşı var?

– 29.

Fikrincə, sənin sosial şəbəkələrdəki fotolarını görsəydi, reaksiyası necə olardı?

– Əlbəttə ki, pis.

Səncə, həmin fotoları görəndən sonra ailə qurmağa razı olardı?

– İnanmıram ki, razı olardı. Çünki xasiyyətcə ağır adamdır.

Yəqin ki, ailə qurandan sonra geyim tərzin də dəyişəcək.

– Çoxdandır açıq-saçıq geyinmirəm. Həm də mənə qapalı geyim açıqdan daha yaxşı yaraşır.

Bayaq bildirdin ki, müvəqqəti həvəs olan münasibət yaşamısan. Həyatında yalnız bircə dəfə görüşüb sevişdiyin biri olub?

– Suallarınızdan da keçməli deyil lap (gülür). Mən istəmədiyim biri ilə münasibət qurmuram. Bəli, hər şey istəklə olub.

Xəbərin varmı ki, sənin adına başqa səhifələr açılıb və gizli çəkilən fotoların internetdə yerləşdirilib?

– Düzünü bilmək istəyirsinizsə, mənim gizlin çəkilən fotolarım yoxdur. Hamısı qondarma şeylərdi. Başqa qızlarını fotolarını paylaşırlar, adı da olur Safuranın gizli şəkilləri. Mənim nə şəklim varsa, hamısı sosial şəbəkədədir. Adımdan istifadə edən insanlara, sadəcə, yazıq gözü ilə baxıram. Onlar həyatda çox aciz insanlardırlar.

Həmin səhifələrdən birində hətta səni təhqir ediblər və bildiriblər ki, guya sevgilinin maşınının şəkillərini yaymısan. Belə bir şey olub?

– Ay daaa, bu camaatdan nə desən çıxır da. Nə sevgili, nə maşın? Lap ağ ediblər e... Vallah hamısı boş-boş söhbətlərdi.

Yeri gəlmişkən, hansı ölkədə yaşayacaqsan?

– Bəlkə, onu deməyim? İnşallah, şəkilləri paylaşanda görəcəksiniz. Bircə onu deyə bilərəm ki, dünyanın ən böyük ticarət mərkəzləri həmin şəhərdə yerləşir.

Dubay?

– Xeyr. Sirr qalsın (gülür).

Bildirdin ki, gələcək həyat yoldaşın çox ciddi insandır. Onun xasiyyətinə görə daha nələri tərgidəcəksən?

– Çox şeyi, demək olar ki, hər şeyi…

Məsələn?

– Əvvəlki Safura olmayacağam.

Məsələn, siqaret çəkəcəksən yenə?

– Siqareti, demək olar ki, azaltmışam, amma tam qopa bilmirəm. Bəzən sıxılıram deyə ən yaxınım siqaret olur. Yəqin ki, xaricə gedəndən sonra bu sıxıntılar da keçəcək.

Çox tanınmış bir idmançı ilə sevgili olduğun deyilirdi. Axırı necə oldu?

– (gülür)Yenə hər kəs öz yoluna. Amma tam səmimi deyirəm ki, səkkiz aydır həyatımda yalnız gələcək həyat yoldaşım var.

Sən burda, sevgilin başqa ölkədə. Çətin deyil?

– Az qalıb. Səkkiz ay dözən, üç ay da dözər.

İndi verəcəyim suala da əvvəlkilər qədər səmimi cavab verəcəyinə inanıram. Deyilənlərə görə, yetərincə vəzifəli sevgililərin olub. Doğrudur?

– Bəli, olub.

Hansı vəzifə sahibləri?

– Demək olar ki, nazir balaları, şirkət rəhbərlərinin oğlanları.

Yəni bir neçə nazirin oğlanları?

– Dostlarım olub, sevgilim yox.

Yaxşı da, axı "sevgilim" dedin…

- …

Nazir sevgilin olub?

– Bəli, bir nəfər olub.

Niyə həyatında bu qədər sevgililərin olub? Niyə uzunmüddətli münasibətlərin alınmır?

– Çünki hər adamla yola gedə bilmirəm.

Bəs o nazir səni harda görmüşdü?

– Yaxın bir dostumun vasitəsi ilə…

Münasibətiniz nə qədər davam elədi?

– Bir ay.

Həmin münasibətdən qazandığın nələr oldu?

– Çox şey.

Konkret?

– (gülür) Bəsdir də, yekunlaşdır.

İntiqam Valehoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR