İlhamə hansı rejissorun işini bəyənmədi?
Bizi izləyin

Tabloid.az

İlhamə hansı rejissorun işini bəyənmədi?

Müğənni İlhamə Qasımova rejissor axtarışındadır.

Publika.az-ın məlumatına görə, müğənni Murad Arifin bəstəsi olan “Səni seviyorum” adlı mahnısını ekranlaşdırmaq üçün rejissor tapa bilmir. Dediyinə görə, bir neçə rejissora müraciət edib, amma onların təklif etdiyi süjet xəttini bəyənməyib: “Rejissorlar mənə kino üçün keçərli olan süjetlər təklif etdilər. Amma mən razılaşmadım. Əslində, bu bir məhəbbət mahnısıdır və klip də məhəbbət üzərində qurulmuş süjet tələb edir. Rejissorlara demək istəyirəm ki, elə ağır, qarışıq süjet ideyanızı saxlayın özünüzə, kino çəkərsiniz”.

İlhamə hansı rejissordan ürəyinə yatan ssenari təklifi alsa, klipini də ona çəkdirəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm