Tolik qəzəbləndi: “Sabah şəhidlərimizin yeddisidir, unutmayın!”
Bizi izləyin

Tabloid.az

Tolik qəzəbləndi: “Sabah şəhidlərimizin yeddisidir, unutmayın!”

Elton da ad gününü keçirmədi.

Publika.az-ın məlumatına görə, bu barədə sənətçinin prodüseri Tolik xəbər verib: “Sabah Eltonun ad gününü keçirəcəkdik. Hətta 100-dək qonağın siyahısı tutulmuşdu, restoranı da danışmışdıq. Amma Elton dünən mənə zəng edərək dedi ki, Tolik, ad gününü təxirə salaq. Mən də eyni fikirdə olduğumu söylədim. Bu, konsert deyil ki, ad günüdür. Elton əslən Qubadlıdandır və əhd elədik ki, inşallah gələn il ad gününü Qubadlıda qeyd etmək bizə nəsib olar, inşallah!

Bütün şou-biznes əhlindən, tanışlardan xahiş edirəm, heç kim saat 12-dən sonra Eltonun şəklini paylaşıb təbrik etməsin! Yalnız, istəsəniz, özünə təbrik mesajı göndərə bilərsiniz. Sosial şəbəkələrdə bunu etməyin! Sabah şəhidlərimizin yeddisidir, unutmayın!”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm