Sənətçilərimiz Almaniyaya getdi – FOTO
Bizi izləyin

Tabloid.az

Sənətçilərimiz Almaniyaya getdi – FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri Almaniyada keçirilən Qut-İmmlinq opera sənəti festivalında iştirak edir.

Teatrdan Publika.az-a verilən məlumata görə, orkestr Avropanın mötəbər mədəniyyət tədbirlərindən olan bu festivala artıq yeddinci dəfə qatılır. Bavariyanın səfalı guşələrindən olan Qut-İmmlinqdə təşkil olunan ənənəvi festivala bu il ABŞ, Çin, Yaponiya, Türkiyə də daxil olmaqla ümumilikdə 38 ölkədən musiqiçilər dəvət alıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Opera və Balet Teatrının orkestri avqustun 10-da festivalın qala-konsertində çıxış edəcək.

Qala-konsertdə Avropa bəstəkarları ilə yanaşı, Azərbaycanın ölməz bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri də ifa olunacaq.

Kollektivi festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk və Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm