Ərdoğan evliliyi haqqında danışdı
Bizi izləyin

Tabloid.az

Ərdoğan evliliyi haqqında danışdı

Türkiyəli müğənni Gülbən Ərgənin keçmiş həyat yoldaşı Mustafa Ərdoğan verdiyi yeni müsahibə zamanı sənətçi ilə olan evliliyi haqqında danışıb.

ANS PRESS-in məlumatına görə, "Anadolu Atəşi" rəqs qrupunun rəhbəri olan Mustafa adını çəkməsə də, açıq söhbət etməsə də onun Gülbən haqqında danışdığı məlum olub.

M. Ərdoğan eşq məsələlərində geridə qaldığını etiraf edib: "Sevgi artıq mənlik deyil. Məhəbbətə inamım tükənib. Hər zaman kiməsə həddindən artıq güvəndiyim üçün peşman olmuşam. Sonuncu təcrübəm də bunu mənə sübut etdi. O, məni yerlə-yeksan elədi".

M.Ərdoğan "Yenidən ailə qurmağı düşünürsünüzmü" sualına isə "Əsla!" cavabını verib.

Qeyd edək ki, Mustafa Ərdoğandan 2012-ci ildə boşanan və telejurnalist Ərhan Çeliklə ailə qurmağa hazırlaşan Gülbən Ərgən keçmiş həyat yoldaşına "Bir atanın uşaqlarına verə biləcəyi ən böyük hədiyyə onların analarını sevməkdir" şəklində sitəm etmişdi. G.Ərgənin əvvəlki nikahından üç oğlu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm