Təyyar Bayramov Ağdamda baş verənlərdən danışdı – FOTO
Bizi izləyin

Tabloid.az

Təyyar Bayramov Ağdamda baş verənlərdən danışdı – FOTO

Xəbər verdiyimiz kimi, bir qrup sənət adamı Ağdama səfər edib. Onların sırasında əməkdar artist, sevilən xanəndə Təyyar Bayramov da var.

Səfərdən yenicə qayıdan xanəndə təəssüratlarını isti-isti Publika.az-la bölüşüb: “Ustad sənətkarlarımız Arif Babayev, Mənsum İbrahimov başda olmaqla bir qrup xanəndə, o cümlədən də mən Ağdama getdik. Ali baş komandanımız, Prezidentimiz cənab İlham Əliyevin Ağdam camaatı ilə görüşündə biz də iştirak etdik. Onun Ağdam torpağına səfərini Qarabağ camaatı sevinclə qarşıladı. Prezidentimizin camaatın qarşısındakı çıxışını eşidəndə fəxarət hissi keçirdik. Prezidentimiz torpaqlarımızın tez bir vaxtda özümüzə qaytarılacağını dedi. Camaat çox yüksək əhvali-ruhiyyədə idi. Düşmən tərəfdən atılan atəş səslərinə baxmayaraq, cəbhə xəttində yaşayan insanlar əvvəlkindən də artıq yüksək ovqatda idilər. Ağdam torpağında abadlıq işləri davam etdirilirdi, hər kəs işində-gücündə idi. İnsanlar qalibiyyət əzmi ilə yaşayırlar”.

Qeyd edək ki, Təyyar Bayramovun da atası vaxtilə Ağdam torpağında şəhid olub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm