“Yeddi gözəl” Amerikada – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Yeddi gözəl” Amerikada – FOTOLAR

Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olacaq.

Publika.az-ın məlumatına görə, balet San-Diyeqo Teatrının ansamblı tərəfindən təqdim ediləcək.

Grossmont simfonik orkestrinin müşayiət edəcəyi baletin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur.

Böyük bəstəkarın 1952-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında yazdığı balet indiyədək dünyanın bir çox ölkələrində uğurla tamaşaya qoyulub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm