Rəşad İlyasov nədən şikayətləndi?
Bizi izləyin

Tabloid.az

Rəşad İlyasov nədən şikayətləndi?

Müğənni Rəşad İlyasovun başı bərk qarışıqdır.

Publika.az-ın məlumatına görə, müğənni həm albom tədarükü görür, həm də klip çəkilişlərinə hazırlaşır.

Klassik musiqilərdən ibarət instrumental albom çıxarmağa hazırlaşan Rəşad musiqiləri kanon alətində ifa edəcək. Klipə gəlincə, ekran işinin çəkilişini Fuad Əlişova həvalə edəcək.

Söhbət əsnasında Rəşad Azərbaycanda kliplərin yayımı ilə məşğul ola biləcək musiqi kanalının olmamasından da şikayətləndi: “Musiqi kanalı olmalıdır. İstedadlı gənclər var ki, onların ərsəyə gətirdiyi kliplər həmin kanalda yayımlanmalıdır. Düzdür, ayrı-ayrı telekanallarda kliplər nümayiş olunur, amma bütövlükdə kliplərimiz təqdim olunmur. Buna görə də klipə elə də üstünlük vermirəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm