• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Canlı yayımda Elza ilə Elnarə arasında söz atışması - QALMAQAL

Canlı yayımda Elza ilə Elnarə arasında söz atışması - QALMAQAL

Əməkdar artist Elza Seyidcahanla Elnarə Xəlilova arasında inciklik yaşanıb.

Publika.az-ın məlumatına görə, sənətçilərin ATV-də yayımlanan "Azərbaycanın səsi" musiqi yarışmasında sözləri çəp gəlib.

Elza Seyidcahanının iştirakçılardan birini tərifləməsi Elnarənin xoşuna gəlməyib. Elnarə həmin iştirakçının qadın avazında oxuduğunu deyib və ifasını bəyənməyib. Elza isə əksinə, həmin iştirakçının mahnını hiss edərək oxuduğunu, səsinin nadir tembrə malik olduğunu bildirib.

Nəticədə, tərəflər arasında söz atışması olub. Elza sözünü təsdiq eləmək üçün digər münsif Namiq Qaraçuxurluya müraciət edərək “Namiq düz demirəm” sualı ilə ondan dəstək istəyib və Namiqi da çıxılmaz vəziyyətdə qoyub. Özünü pis eləmək istəməyən Qaraçuxurlu susmağa üstünlük verib. Münsiflər arasında yaşanan qalmaqalı aparıcı Günay Firudinqızı sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, yarışma başlayan gündən Elnarə ilə Elza arasında inciklik vardı. Hətta Elnarə xanım həmkarına "sən məni çox istəmirsən" deyib incikliyini də açıq şəkildə bildirmişdi.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR