Tabloid.az
Akif İslamzadə: "Məni arzulayanların səsini eşitdim"– FOTO, VİDEO
Bu gün Azərbaycan səhnəsinin canlı əfsanələrindən biri, korifey sənətkarımız Akif İslamzadənin doğum günüdür.
26 ildən artıqdır ki, səsinin tutulması səbəbindən səhnədən uzaq düşən Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. Akif bəy İqtisad İnstitutunda iqtisadçı mühasib kimi təhsil alsa da, sonradan əvəzolunmaz səsi onu sənətə gətirib. Unudulmaz sənətkarımız Sara Qədimovanın ocağında boya-başa çatan, ifaçılığa 1972-ci ildən başlayan Akif İslamzadə “Ala gözlüm”, “Sarı gəlin”, “Bu gecə”, “Qaragilə” kimi onlarla gözəl musiqi əsərlərinə təkrarolunmaz, ecazkar səsi ilə öz möhürünü vurub.
Kaş ki bütövlükdə Azərbaycan mədəniyyətinin faciəsi olan o hadisə baş verməyəydi... Və kaş ki Akif İslamzadənin səsi tutulmayaydı... Onda görün ötən on illiklər ərzində nə qədər gözəl mahnılar yazılardı və Akif bəyin ifasında nə qədər gözəl bir səs eşidərdi qulaqlarımız... Üstəlik, Akif İslamzadə səsi olmadığı səhnədə özünü “ulduz” adlandırıb meydan sulayan nə qədər səsləri eşitməz olardıq...
“Tet-a-tet” görüşməyimizə imkan olmasa da, ad günü münasibəti ilə ona telefon açdıq, ad gününü təbrik elədik. Qısa olsa da, danışdıra bildik...
- Bəy, sizi təbrik edirik. 66 il necə keçdi ömrünüzdən?
- Çox sağ olun, zəng etdiyiniz, yad etdiyiniz üçün təşəkkür edirəm. Hə, artıq 67 yaşıma qədəm qoydum. İllərdir də, illərdir. Bu illərin hərəsi bir rəngdə, hərəsi bir avazda ömrümdən gedir...
- Bu gün arzuladığınız səslərin hamısını eşidə bildiniz?
- Eşitdiklərim də oldu, eşitmədiklərim də. Kimlər ki, məni arzulayırdı onların səsini eşitdim, onlar zəng etdilər, məni təbrik etdilər... Zəng edənlərə də, etməyənlərə də öz təşəkkürümü bildirirəm.İndi yaxınlarımın əhatəsindəyəm, ona görə də çox danışa bilmirəm. Bir daha zəng edib məni yad edən hər kəsə öz təşəkkürümü, salamımı çatdırıram...
Hikmət Kərimoğlu
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ