• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gözəgörünməzlər erası başlayır

Gözəgörünməzlər erası başlayır

Kaliforniyalı alimlər şəffaf siçan yaradıblar. Təcrübəni vəhşilik adlandırmaq da olardı, lakin əldə edilən nəticələrin elmin inkişafı üçün əhəmiyyəti böyükdür.

Təcrübənin birinci mərhələsində siçanları yuxuya veriblər. Bundan sonra canlının qan sisteminə xüsusi gel daxil edilib. Həmin gel yağları əridib və bütün əzələləri işıqlandırıb. Bunun sayəsində üç gün ərzində ürək, mədə və ağciyərlər işıqlanıb. Bədənin digər hissəsi isə növbəti iki həftə ərzində şəffaf olub.

Alimlər hesab edirlər ki, bu texnologiyanın sayəsində canlı orqanizmdə gedən prosesləri daha dəqiq öyrənmək olar. Misal üçün, periferik sinirlər və orqanların koqnitiv proseslərə birbaşa və əks təsiri öyrənilə bilər. Beləliklə, orqanizmdə baş verən hadisələri canlı, gözlə görmək mümkün olacaq. Bu da bir sıra nevroloji xəstəliklərin müalicəsi üçün olduqca faydalıdır. (milli.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR