Rəhim Rəhimlini canlı yayımda saxlaya bilmədilər
Bizi izləyin

Tabloid.az

Rəhim Rəhimlini canlı yayımda saxlaya bilmədilər

Rəhim Rəhimlini canlı yayımda saxlaya bilmədilər

Müğənni Rəhim Rəhimli canlı yayımda özünə hakim ola bilməyib.

Publika.Az-ın məlumatına görə, müğənni ATV-nin “Biq şou” proqramında həmkarlarının ünvanına kəskin fikirlər səsləndirib.

Hətta aparıcılar da onu dayandıra bilməyib:”Son zamanlar hər kəs özünü tərifləyir, “mən-mən” deyir. “Mən” yalnız Allaha məxsusdur. Təkcə Allah-Təala yekdir.

Evlərini, maşınlarını göstərirlər. Neçə illərdir sənətdəyəm, amma bir dəfə də olsun evimdə çəkiliş etməyə icazə verməmişəm.

Bütün dünya İnstaqramdadır, amma mən orda yoxam. Hansı ki, insanlar yeyir-içir, sonra şəkillərini İnstaqram-a qoyur. Buna ac insanlar da baxır axı”. Rəhim bu şəkildə gündəmə gəlməyi heç vaxt özünə sığışdırmır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm