SSRİ xalq artistinin xanımı Bakıda – FOTO
Bizi izləyin

Tabloid.az

SSRİ xalq artistinin xanımı Bakıda – FOTO

Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində olub. Publika.az-a bu barədə muzeydən məlumat verilib.

SSRİ xalq artisti Tamara Sinyavskaya Niyazinin mənzil-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Tamara Sinyavskaya mənzil muzeyində həmçinin Niyaziyə həsr olunan yeni filmin çəkilişində də iştirak edib. Filmin bədii rəhbəri xalq artisti, kinorejissor Eldar Quliyev, ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonno Müzəffərovadır.

Filmin premyerası Niyazinin mənzil muzeyinin yaranmasının 20 illiyi ilə əlaqədar sentyabrın 18-də, muzeyin yaranma günündə baş tutacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm