• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gənc xanəndə məşhur müğənniyə ustad dərsi keçəcək – FOTO

Gənc xanəndə məşhur müğənniyə ustad dərsi keçəcək – FOTO

Opera və Balet Teatrının solisti, xanəndə Vüsalə Musayeva ustad dərsi keçəcək. Bu barədə o, Publika.az-a özü məlumat verib.

V. Musayeva Filippinin məşhur opera ifaçısı Lea Salongaya Azərbaycan mahnısını öyrədəcək: “2012-ci ildə “San Francisco World Music Festival”ın əsas siması kimi tərəf müqabilim İlkin Əhmədovla “Leyli və Məcnun” tamaşasında çıxış etdik. Bir müddət əvvəlsə həmin festivalın təşkilatçıları mənə ustad dərsi keçməyimi təklif etdilər. Məşhur bir sənətçiyə Fikrət Əmirovun “Göygöl” mahnısını öyrədəcəyəm. Sentyabrdan başlayacaq dərslər skayp vasitəsilə baş tutacaq. Artıq mahnının notlarını və sözlərini göndərmişəm”.

Xanəndə onu da bildirdi ki, “San Francisco World Music Festival”ın çəkiliş qrupu gələn ay Bakıya gələcək və xanəndə ilə bağlı çəkilişlər aparacaq. L.Salonganın azərbaycanlı müəllimi haqqında xarici KİV-də məlumatlar yayımlanacaq. L.Salonga “Göy göl”ü noyabrda keçiriləcək festivalda ifa edəcək.

Xatırladaq ki, L.Salonga məşhur “Mulan” cizgi filmində mahnıları səsləndirən əsas ifaçıdır.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR