Bunu mütləq görməlisiniz (FOTO)
Bizi izləyin

Tabloid.az

Bunu mütləq görməlisiniz (FOTO)

Bədirlənmiş Ay - "supermoon" fenomeni astronomların qeyd etdiyi kimi, bu peyk-planetin Yerə ən yaxın məsafəyə yaxınlaşması nəticəsində yaranır. Bu zaman Ay həmişəkindən daha iriölçülü, aydın və parlaq görünür.

Publika.az-ın məlumatına görə, "Twitter"də "#supermoon2014" heşteqi istifadəçilər tərəfdən ay fotolarını paylaşdıqca trendə çevrilib.

Qeyd edək ki, növbəti dəfə bədirlənmiş Ayı sentyabrın 9-da müşahidə etmək mümkün olacaq.


Bu foto Britaniyada Linda Enfield tərəfindən çəkilib.


Kim Sullivan bu fotonu Londonun Tottenhem rayonunda çəkib.


Britaniyalı John O'Neill bədirlənmiş Ayın fotosunu Purley bölgəsində yerləşən evinin arxa bağından iPhone telefonu vasitəsilə çəkib.



Hong Kong sakini Edward KC Wong-un sözlərinə görə bədirlənmiş Ayı izləmək onun üçün "heyrətamiz hadisəyə" çevrilib.


Əbu-Dabi sakini Bill Del Grosso isə bədirlənmiş Ayı çəkən zaman şəhər mənzərəsini müəyyən edən göydənləri də lentə alıb.


Neslyn Talavera bədirlənmiş Ayın əlverişli görüntüsünü tapmaq üçün yaşadığı şəhəri xeyli gəzib-dolaşmalı olub. Guaynabo, Puerto Rico.


Rəssam David Paul Jobling bədirlənmiş Ay fotosunu Avstraliyanın Adelaide şəhərində çəkib.


Uruqvayın Montevideo şəhərinin sakini Gabriela Zazpe Fernandez isə Ayın bədirlənməsinin səbəbi barədə xəbəri tanışlarından öyrənib.


Şri Lankadakı Kandy şəhərinin sakini Rifard Khalideen deyir ki, bədir Ayın fotosunu çəkərkən heç bir filtrdən istifadə etməyib. Çəkdiyi fotonu həvəskar sosial şəbəkə səhifələrində paylaşıb.


Bu fotonun müəllifi Mike Meynall isə hadisəni Londonun Blackheath rayonunda izləyib. Həvəskar Britaniya paytaxtı üzərində bədirlənmiş Ayı səhər açıldığı dəqiqələrdə lentə alıb.


BBC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm