Yaşar Cəlilovdan toy xəbəri – FOTO
Bizi izləyin

Tabloid.az

Yaşar Cəlilovdan toy xəbəri – FOTO

Müğənni Yaşar Cəlilov sinif yoldaşları ilə fotosunu paylaşıb.

Müğənni Publika.az-a bildirib ki, parta yoldaşları ilə toyda bir araya gəlib. Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunları digər sinif yoldaşları Ülviyyənin toyunda görüşüblər.

Y. Cəlilovun sinif yoldaşları arasında “Xalq ulduzu” Nigar Şabanova da var. Toy məclisini hər iki müğənni idarə edib: “Çox mehriban sinif olmuşuq. Bu toy bizim üçün xüsusi bir görüş oldu. Həm də mən sinif nümayəndəsi olduğum üçün hər zaman xüsusi diqqət mərkəzində olmuşam. Çox maraqlı toy keçdi”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm