Çəkiliş meydançasında eşq yaşayan məşhurlar – Fotolar
Bizi izləyin

Tabloid.az

Çəkiliş meydançasında eşq yaşayan məşhurlar – Fotolar

Çox vaxt film və ya seriallarda iki sevgilini canlandıran məşhurların eşqi reallığa çevrilir. Hətta onlardan bəzilərinin çəkiliş meydançasında başlayan eşq macərası evliliklə bitir.

Tabloid.az filmləri xatırladan eşq macəraları ilə dillərdən düşməyən ulduzları təqdim edir:

Bərgüzar Korel və Halit Ərgenç

“1001 gecə” adlı serialda iki aşiqi canlandıran Bergüzar və Halit elə çəkiliş meydançasında bir-birilərini sevdiklərini başa düşmüşdülər. O vaxt Bergüzar nişanlı, Halit isə evil idi. Bir-birilərindən ayrı qala bilməyəcəklərini anlayan iki məşhur hamını şoka salan addım atır. Halit boşandı, Bərgüzar da nişan üzüyünü geri qaytardı. Daha sonra evlənən cütlük hazırda çox xoşbəxtdirlər. Onların Əli adlı övladları var.

Mayli Sayrus və Liam Hemsvors

Mayli 2009-cu ildə film çəkilişi zamanı tanış olduğu Liamla dillər dastan olan eşq macərası yaşamışdı. Onlar 2013-cü ildə nişanlanaraq hamını təəccübləndirmişdilər. Ancaq daha sonra aralarında baş verən bəzi problemlərə görə ayrılan Mayli və Liam hazırda bir-birilərini görmək belə istəmirlər.

Kristen Stüart və Robert Pattinson

“Alatoranlıq” filminin çəkiliş meydançasında Robert və Kristen cütlüyü uzun müddət birlikdə olmuş, eşqləri ilə şou-biznes gündəmində qalmışdılar. Hamı bu cütlüyün evlənəcəyini gözləyirdi. Ancaq təəssüf ki, bu eşq ayrılıqla nəticələndi. Belə ki, gözəl aktrisa Robertə rejissor Rupert Sanderslə xəyanət etdi. Robert bunu öyrənən kimi Stüartı tərk etdi və uzun müddət depressiyadan çıxa bilmədi.

Mila Kunis və Eşton Katçer

Məşhur aktyor Eşton Katçer Demi Murdan ayrıldıqdan sonra aktrisa Mila Kunislə eşq yaşamağa başladı. Cütlük hazırda övladlarının dünyaya gəlməsini səbirsizliklə gözləyir. Nişanlı olan cütlüyün uşaq doğulduqdan sonra evlənəcəyi gözlənilir.

Bleyk Layvli və Ryan Reynolds

“Gossip Girl” serialının ulduzu Bleyk film çəkilişlərinin birində həyatının eşqi ilə qarşılaşıb. Aktryor Ryan Reynoldsla uzun müddət birlikdə olan Bleyk hazırda onunla evlidir. Cütlüyün çox xoşbəxt olduğu və yaxında övlad sahibi olmağı planlaşdırdıqları bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm