6 biletdən artıq satmaq qadağan edildi
Bizi izləyin

Tabloid.az

6 biletdən artıq satmaq qadağan edildi

Kamberbetçin oynadığı “Hamlet” bilet satışında rekord qırıb.

Axar.az “Novosti literaturı” saytına istinadən xəbər verir ki, Londonun Barbikan teatrında Benedikt Kamberbetçin baş rolda oynadığı “Hamlet” tamaşasına biletlərin satışı rekord qırıb. Elektron biletlərin təxsis edilməsi və reallaşdırılması üzrə ixtisaslaşmış Viagogo portalının istifadəçiləri qeyd edirlər ki, Şekspirin tamaşasını seyr etmək istəyənlərin sayı bugünə 20 000 nəfəri ötüb.

Beləliklə, Barbikan teatrının “Hamlet” tamaşası məşhurluq baxımından 2014-cü ildə təqdim olunmuş “Arzu tramvayı” tamaşasını geridə qoyub. Qeyd edək ki, “Arzu tramvayı” tamaşasında Blanş Dübua rolunu “Məxfi materiallar” tamaşasındakı agent Skalli rolu ilə tanınmış Cillian Anderson oynamışdı.

“Novosti literaturı” qeyd edir ki, “Hamlet” tamaşasına bilet satışı 11 avqust səhər saat 10-da başlayıb. Tamaşa ətrafında ajiotaj olacağı gözlənilirdi, odur ki, teatrın direksiyası bir ailəyə 6 dənədən çox bilet satılmasını qadağan edib. 31 oktyabr 2015-ci ildə Londonda gedəcək tamaşanın rejissoru Lindsi Ternerdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm