Tabloid.az
Müasir "Cırtdan" çəkilir
“3Dost” animasiya studiyası “Cırtdan və sehirli xalat”
adlı yeni 3D animasiya filmi çəkir.
Studiyadan bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi ilə hazırlanan filmin ideya müəllifi Müşfiq Hətəmovdur.
Süjet xətti Yusif Şeyxova məxsusdur. Filmin ssenari müəllifləri
Yusif Şeyxov və Kənan Yusifov, rejissorları isə Rəşad Əfəndiyev və
Yusif Qabilovdur.
Animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə
Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox
təhlükəli macəralara qoşulmasıdır. Onunla bu macəralarda ən yaxın
dostu tutuquşu Qaqqili də iştirak edir.
Filmdə 8 personaj var. Elementlər və detallar üzərində işlər çox
dəqiqliklə aparılır. Yaradıcı heyət hər bir detalda, obrazda
azərbaycanlılığın hiss olunmasını qarşısına məqsəd qoyub.
Filmin preprodakşn (ön hazırlıq) mərhələsi artıq bitib. Hazırda
istehsal mərhələsinə başlanılıb. Xronometrajı 14 dəqiqə olacaq
filmin bir ilə hazır olması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda 3D formatında ilk animasiya filmini məhz
“3Dost” animasiya studiyası çəkib. 2012-ci ildə ərsəyə gələn film
“Cırtdan və Təpəgöz” adlanır.
Bu layihəni davam etdirmək və serial formasında animasiya filmi
çəkmək nəzərdə tutulub.
AzərTAc
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI