Kinostudiyadan uşaqlara müjdə - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Kinostudiyadan uşaqlara müjdə - FOTOLAR

“3 Dost” animasiya studiyası “Cırtdan və sehirli xalat” adlı yeni 3D animasiya filmi çəkir.

Studiyadan Publika.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan filmin ideya müəllifi Müşfiq Hətəmovdur. Süjet xətti Yusif Şeyxova məxsusdur. Filmin ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları isə Rəşad Əfəndiyev və Yusif Qabilovdur. Animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır.

Bu macəralarda onun ən yaxın dostu, tutuquşu Qaqqili də iştirak edir. Filmdə 8 personaj var. Yaradıcı heyət hər bir detalda, obrazda azərbaycanlılığın hiss olunmasını qarşısına məqsəd qoyub.

Filmin preprodakşn (ilk hazırlıq) mərhələsi artıq bitib. Hazırda istehsal mərhələsinə başlanılıb.
Xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olacağı planlaşdırılır. Qeyd edək ki, Azərbaycanda 3D formatında ilk animasiya filmini məhz “3Dost” animasiya studiyası çəkib. 2012-ci ildə ərsəyə gələn film “Cırtdan və Təpəgöz” adlanır. Bu layihəni davam etdirmək və serial formasında animasiya filmi çəkmək nəzərdə tutulur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm