Abbas Bağırov tanınmaz halda – FOTO
Bizi izləyin

Tabloid.az

Abbas Bağırov tanınmaz halda – FOTO

Əməkdar artist Abbas Bağırov 5 il əvvəl çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb.

Publika.az-ın məlumatına görə, müğənni indiki görkəminə görə şükür etməyi də unutmayıb: “Bu günümə şükür. Sonunda məqsədimə çatdım”.

Qeyd edək ki, Abbas Bağırov sənətə yeni gəldiyi vaxtlarda xarici görkəmi ilə şou-biznes aləmindəki həmkarlarından fərqlənirdi. Həddən artıq kilolu olan Abbas uzun saçları ilə də diqqət çəkirdi.

Amma son bir ildə Abbas görkəminə əməlli-başlı əl gəzdirib. İdman və pəhriz vasitəsilə artıq çəkidən xilas olan müğənni saç düzümünü də dəyişib.

Bir sözlə, illər öncəki Abbasla indiki Abbas arasında yerlə göy qədər fərq var.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm