Əməkdar artist on kilo arıqladı – FOTO
Bizi izləyin

Tabloid.az

Əməkdar artist on kilo arıqladı – FOTO

Əməkdar artist, operamızın Məcnunu Təyyar Bayramov xeyli çəki atıb. Publika.az-a bu barədə danışan xanəndə istədiyi çəkiyə pəhriz vasitəsi ilə nail olduğunu deyib.

Xanəndə yeyə-yeyə pəhriz saxladığını bildirib: “Sənət adamı elədir ki, hər zaman göz önündə olur, səhnəyə çıxır. Buna görə də xarici görünüşünə nəzarət etməlidir. Mən də özümdə artıq çəki hiss etdim, bunun üçün həkimə müraciət etdim və o, mənə pəhriz saxlamağı məsləhət gördü. Amma yeməyimi də kəsmədim. Yeyə-yeyə on kilo arıqlamışam”.

Xanəndə indən belə çəkisini nəzarətdə saxlayacayağını dedi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm