AYB-dən yazarlara xoş xəbər – FOTO
Bizi izləyin

Tabloid.az

AYB-dən yazarlara xoş xəbər – FOTO

Azərbaycan Yazıçılar Birliyi (AYB) kitab çapı və online satışla bağlı yeni layihəyə start verəcək.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın Publika.az-a verdiyi məlumata görə, layihənin əsas məqsədi müasir Azərbaycan ədəbiyyatını təbliğ etmək, yazıçı və şairlərə mənəvi dəstək verməkdir. Bir neçə böyük nəşriyyatla müqavilə imzalanacaq və kitab satışının gəlirindən müəlliflərə qonorar da ödəniləcək.

Yeni layihədə kitablar “AYB Kitab” loqosu altında nəşr olunacaq: “Bundan başqa, layihə ilə bağlı bütün yenilikləri özündə əks etdirən AYB kitab.az saytı da yaradılacaq. Sayt kitabların çapı və online satışla bağlı bütün məsələləri özündə əhatə edəcək”.

X.Rza əlavə edib ki, vahid loqo altında çap ediləcək kitablar istedadlı və ədəbi mühitdə aktiv olan bütün yazarları əhatə edəcək. X.Rzanın dediyinə görə, gələcəkdə dünya ədəbiyyatından da kitabların çapı nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm