Tut arağı, erməni milyonçunun bağ evi, “non grata”ların rallisi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tut arağı, erməni milyonçunun bağ evi, “non grata”ların rallisi - FOTOLAR

Azərbaycan tərəfi Dağlıq Qarabağı ziyarət edən insanları “non grata” elan edir. Bütün bunlara baxmayaraq, ermənilər mənfur siyasətlərindən əl çəkməyib əzəli torpaqlarımızı öz əraziləri kimi dünyaya tanıtmağa cəhd edirlər.

Bəs Qondarma DQR-ə daha çox dünyanın hansı ölkələrindən gəlirlər?

Turistlər daha çox Avropa ölkələrindən, ABŞ, Rusiya, Türkmənistan, Gürcüstan və sair digər ölkələrdən gəlir. Dağlıq Qarabağa hətta Fildişi Sahili və Qabondan gələnlər də olub.(Maliyyə xərclərini erməni lobbisi ödəyir).

Buraya gələn turistlər Qandsazar (13-cü əsr), Amaras (4-cü əsr), Dadivank (4-cü əsr) kilsələrini, Nikola Azohsk mağarasını, Akanaberd, Levonaberd, Əsgəran, Tumasaberd Berdakar qalasını ziyarət edir.(Hamısı alban abidələridir).

Düşmən Dağlıq Qarabağda tut arağı hazırlayır.

Ermənilər tut arağına "tutovka" deyir. Onlar bu arağı artıq dünya və Avropaya çıxarmaqdadırlar.

Ağdərənin işğal olunması 24 erməni "qəhrəman"ın adı ilə bağlıdır. Onların adına kənddə memorial abidə ucaldılıb. Qaydaya görə, hər gün dərsdən sonra şagirdlər bu abidənin yanına gələrək qəhrəmanlarını anmalıdır.

Bu da düşmən tərbiyəsi!

Xankəndi hava limanının inşası 2011-ci ildə başa çatıb. Düşmən buna beynəlxlaq status qazandırmağa çalşır.

Amma...

Bu şəxs Dağlıq Qarabağın işğalından sonra ora gələnlər kimi özünü qəhrəman sayan Apres Zohrabyandır.

Artıq ferması da var.

Erməni diasporu DQ-ı daha çox erməniləşdirməyə milyonlar ayırır.

Tarixi yerlərin saxtalaşdırılmasına yardım edir.

Bu Şuşa, bu da orda yaşayan ailələr. Yaşamaq demək mümkünsə....

Xankəndidə payız.

DQ-da qədim alban kilsəsi (artıq erməniləşdirilib).

DQ-dan olan milyonerlər.

DQ-da ən varlı insanlardan biri Artyom Mixayloviç Arakelyandır. DQ müharibəsi zamanı pul yardımı edib.

DQ-ın Toqa kəndindən olan milyoner hazırda Moskvada yaşayır. Yayda o, öz evinə gələrək burada yaşayır. O, öz evini erməni çarlarının portretləri ilə bəzəyib. Evini muzeyə çevirib.

DQ-ın "müstəqillik günü"ndən olan fotolar.

2010-cu il 27 avqust . Ralli yarışı 14 avqust Budapeştdə başlayıb. 28 iştirakçı Avropa və ABŞ-dan olub. Bu ralliyə qədər bir çox avropalı və amerikalılar DQ-da insanların yaşaması haqda bilgiyə malik olmayıb. İştirakçılar 6 min 500 km yol qət edib və Xankəndiyə gəlmək üçün Serbiya, Kosova, Albaniya, Yunanıstan, Türkiyə, Gürcüstan və Ermənistandan keçib. DQ ziyarətindən sonra onlar Azərbaycan tərəfindən “persona non grata” elan edilib.

Slovakiyanın Milli Şurasının birinci spikeri hazırda parlament üzvü olan Frantisek Miklosko DQ-da 5-ci parlament seçkilərində müşahidəçi olub və Azərbaycan tərəfindən “persona non grata” elan edilib.

Cəmalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm