Elza Seyidcahan kimə meymun dedi? – Canlı yayımda qarşıdurma – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahan kimə meymun dedi? – Canlı yayımda qarşıdurma – FOTOLAR

ATV-də canlı yayımlanan “Azərbaycanın səsi” musiqi yarışmasının növbəti nümayişi zamanı qalmaqal yaşanıb. Yarışmanın aparıcısı Günay Firudinqızı ilə münsif, əməkdar artist Elza Seyidcahan arasında qarşıdurma yaranıb.

Seyidcahanın şou yaratmaq istədiyini deyən Günay Firudinqızı bu məsələnin efirdən sonra həll olunmasını təklif edib. Amma qarşı tərəf susmayıb. Elza Seyidcahan Günaya: “Ağzımın açarı deyilsən, özüm bilərəm nə vaxt danışaram, nə vaxt susaram”,- deməklə qəzəbini ifadə edib və canlı yayımda xoşagəlməz anlar yaşanıb.

Günay Firudinqızı yarışma zamanı baş verənlərə aydınlıq gətirmək istəmədi və susmağa üstünlük verdi. Amma Elza Seyidcahan Publika.az-a müsahibə verərək əsl həqiqəti ortaya çıxardı…

Qeyd edək ki, “Azərbaycanın səsi” yarışması həftənin cümə axşamı saat 21:30-da ATV-də yayımlanır. Verilişin münsif kürsüsündə sənətçilər Elza Seyidcahan, Elnarə Xəlilova, Namiq Qaraçuxurlu və Nadir Qafarzadə təmsil olunur. Layihənin aparıcısı Günay Firudinqızıdır.

- Elza xanım, canlı yayımda aparıcı ilə aranızda yaşanan qalmaqala səbəb nə idi?

- Əslində, bu məsələ çox şişdi efirdə. Belə olacağını gözləmirdim. Çünki Günayı çoxdan tanıyıram və onunla dost olmuşuq. Dəfələrlə səfərlərə çıxmışıq, ana-bala münasibətlərimiz olub. Günay insanlar tərəfindən anlaşılmadığım vaxtlarda məni müdafiə edib. Eyni zamanda, mən ona işlərində dəstək olmuşam. Gərək belə olmayaydı, amma oldu.

- Səbəb nə idi ki?

- Təqdimat üstündə oldu. Günay mənə efirdə həmişə “Elza” deyə müraciət edir. Mən ona bir-iki dəfə dedim ki, mənə efirdə belə müraciət etmə, “Elza Seyidcahan” de. Mənim də adım var, əməkdar artistəm. Başa düşürəm e, səmimiyyətdən belə müraciət edir, amma efirdə yox, həyatda belə demək olar. Dəfələrlə camaat mənə yaxınlaşıb deyir ki, niyə sənə efirdə aparıcı “Elza” deyə müraciət edir, səni aşağılayır. Axı sənin hörmətin-izzətin, adın-sanın var. Mən bunu efirdə Günaya deyəndə o, mənə qayıtdı ki, sən bunu şou yaratmaq xətrinə deyirsən. O incidi və dedi ki, bu sözləri efirdən sonra təklikdə də mənə deyə bilərdin.

- Doğrudan da, efirdən sonra bu iradı bildirmək olmazdı?

- Olardı, amma mən də həmin gün qaçhaqaçda idim, qızımın nişan mərasimini yarımçıq qoyub canlı yayıma gəlmişdim. Bəlkə də, lazım deyildi efirdən bunu söyləmək, amma artıq oldu. Həm də heç mən özümə yaraşmayan bir addım da atmadım, öz fikrimi ifadə etdim. Efirdən sonra da söyləyə bilərdim e, amma axı, mən necə Günaya yaxınlaşıb deyim ki, mənə belə müraciət et. Buna görə də canlı yayımda deməli oldum. belə dedim ki, bütün aparıcılara örnək olsun. Mən anadan olandan sənətkaram, amma Günay 14 ildir aparıcıdır.

- Siz hətta Günaya “ağzımın açarı deyilsən” deyib fikrini kəskin formada da ifadə etdiniz… Buna görə sonradan peşman olmadınız ki?

- Qətiyyən elədiyim işə görə sonradan peşman olmuram. Nə dediyimin fərqindəyəm. Günay efirdə mənə dedi ki, “sən keçən dəfə də irad tutmayacağını demişdin, amma yenə irad bildirirsən”. Buna görə mən əsəbiləşib belə cavab verdim. Əslində, Günay mənimlə böyük bacı kimi davranmalıydı. Türkiyə və Avropada aparıcılar öz sənətkarları ilə görün necə davranırlar? Az qala, onları göylərə qaldırırlar. Bizdə də aparıcılar sənət adamları ilə hörmətlə davranmalıdırlar. ATV-də İlhamə Bədəlova var, bir dəfə o hətta mənim oğlumdan üzr istədi. Mən ona dedim ki, “İlhamə, oğlumdan niyə üzr istəməlisən ki”…Yəni, sözümün canı budur ki, aparıcılar hər zaman sənət adamları ilə danışanda onlara hörmət etməlidirlər.

- Bu qalmaqaldan sonra barışmadınız ki? Canlı yayımda da görünürdü ki, Günay çox inciyib…

- Mən kinli adam deyiləm, heç vaxt da insanlarla kin saxlamıram. O əgər kin saxlayırsa, öz işidir.

- Elza xanım, bir məqama da aydınlıq gətirmənizi istərdim. Siz efirdə iştirakçılardan birinin meymuna oxşadığını dediniz… Düşünmədiniz ki, bununla qarşı tərəfin xətrinə dəymiş olarsınız?

- Əslində, burda pis heç nə yoxdur, mən dedim ki, kişi meymundan bir az fərqlənsə, yaxşıdır. Məqsədim də kimisə aşağılamaq deyildi. Mən özüm də meymun ilindənəm, özüm də meymunam. Çox istədiyimdən ona belə dedim. Sadəcə, insanlar bunu şişirdib, narazılıq yaratmağa çalışırlar.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm