Məşhur müğənni mədəsini kiçiltdi
Bizi izləyin

Tabloid.az

Məşhur müğənni mədəsini kiçiltdi

Türkiyəli müğənni dietoloqların nəzarəti ilə artıq çəkilərindən azad olmaqdadır.

ANS PRESS-in məlumatına görə, türk pop musiqisinin mahir ifaçılarından olan İşın Karaca mədə kiçiltmə əməliyyyatından sonra sürətlə zəifləməyə başlayıb.

Məşhur müğənni İşın Karaca başına gələn Haşimato xəstəliyi səbəbilə kilo problemini həll etmək üçün gah arıqlayıb, gah kökəlirdi. O, 17 gün əvvəl mədə kiçiltmə əməliyyatı keçirib. Əməliyyatdan qısa bir müddət keçməsinə baxmayaraq, Karaca artıq 13 kilo arıqlayıb.

Həkim və dietoloqu ona əmliyyatdan sonra xüsusi bir qida rasionu proqramı yazıblar və idmanla da məşğul olmağını tapşırıblar.

Qeyd edək ki, güclü səs imkanına malik olan müğənni ilk musiqi albomu ilə Türkiyədə ən çox dinlənilən müğənnilərin sitahısına girməyi bacarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm