Məşhur müğənninin ölüm xəbəri (FOTO)
Bizi izləyin

Tabloid.az

Məşhur müğənninin ölüm xəbəri (FOTO)

Türkiyəli məşhur müğənninin ölüm xəbəri yayılıb.

Pulblika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyədə fərqli səs tembri və üslubu ilə seçilən məşhur müğənni Cem Adiranın ötən gün gecə saatlarına avtomobil qəzasına düşdüyü və qəza nəticəsində dünyasını dəyişdiyi barədə xəbər yayılıb.

“Twitter” mikobloqunda “Allah Rahmet Eylesin CemAdrian" heşteqi gündəmdəki mövzular siyahısına girib. Bütün pərəstişkarları şok yaşayıb və xəbərin doğru olmaması üçün dua ediblər. Bir müddət nə müğənnidən, nə də onun menecerindən heç bir məlumat verilməyib. Adriansevərlər sosial şəbəkədə, "Cem Adrian öldü?", "Cemə heç nə olmasın" kimi postlar paylaşıblar.

Lakin daha sonra Cem “Twitter” hesabından yazdığı tvitlə bütün şayiələrə son qoyub.
“Ölmək üçün bir az tezdir. İşsiz dostların xırda bir “zarafatı” olub bu. Sevgilər...” – deyə müğənni ölüm xəbərinin doğru olmadığını çatdırıb.

Müğənni ötən gün Manavqatda dinləyiciləri ilə görüşüb, canlı ifa sonrası pərəstişkarları ilə şəkillər çəkdirib.

Qeyd edək ki, Cem Adrian 1980-ci il noyabrın 30-da Ədirnədə doğulub. Əsl adı Cem Filizdir. 7 oktavalıq səsi var. Fərqli səsinə görə "Dünyanın 8-ci möcüzəsi" hesab edilir. Oxuduğu janr - alternativ rock, caz, blues, a cappella, "new wave", elektronikadır. Musiqi həyatına 2003-cü ildən başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm