Müslüm Maqomayevin ad günü qeyd edildi (VİDEO)
Bizi izləyin

Tabloid.az

Müslüm Maqomayevin ad günü qeyd edildi (VİDEO)

Dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin doğum günü onun ikinci vətəni Rusiyanın paytaxtı Moskvada da qeyd olunub. Dahi sənətkarın Moskvadakı heykəli qarşısında toplanan heyranları onun sənət həyatındakı uğurlarıyla yanaşı Azərbaycan və Rusiya xalqları arasında dostluq münasibətlərindəki roluna da diqqət çəkiblər.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Müslüm Maqomayevin Moskvadakı heykəli qurulduğu gündən bəri bir gün belə olsun çiçəksiz qalmayıb. Böyük sənətkarın pərəstişkarları hər gün heykəlin qarışısına çiçəklər gətirirlər. Bu gün isə çiçəklərin sayı daha çoxdur. Cunki məşhur Azərbaycan müğənnisi Müslüm Maqomayevin bu gün doğum günüdür.

Əfsanəvi səsilə sadəcə azərbaycanlıların deyil, müxtəlif millətlərə mənsub milyonlarca insanın sevgisini qazanmış olan böyük sənətkar Müslüm Maqomayev doğum günündə yenə də Rusiyadakı heyranları tərəfindən undulmadı. Səhərin erkən saatlarından etibarən sənatkarın heykəli qarşısında toplanmaya başlayan vətəndaşlar gətirdikləri çiçəkləri heykəlin ətrafına düzdülər. Maqomayev pərəstişkarlarından bəziləri böyük sənətçinin mahnılarını dinlərkən, digərləri isə onun həyatda olmamasını göz yaşlarıyla andı.

Daha sonra Umümrusiya Azərbaycan Konqresi və Moskva Azərbaycan Cəmiyyətinin nümayəndələri çıxış edərək Müslüm Maqomayevin sadəcə misilsiz istedadıyla deyil, həm də yüksək insani keyfiyyətlərilə Rus və Azərbaycan xalqlarının fəxri olduğunu dedilər.

Ümumrusiya Azərbaycanlılar Konqresinin rəsmisi İlqar Hacıyev: "O, həmişə deyirdi ki, Azərbaycan mənim atamdır, Rusiya isə anamdır. O, bu sözlərilə hər zaman Azərbaycanla Rusiya arasındakı münasibətləri qeyd edird və hər zaman körpü rolunu oynayırdı”.

Maqomayevin pərəstişkarı Nataliya Demidenko: "Müslüm mənim 7-ci sinifdən sevdiyim bir insandır. Onun sevgisini bütün həyatım boyu qəlbimdə daşımışam. Qoy ərim də məni bağışlasın ancaq mən Müslümü bütün qəlbimlə sevmişəm”.

Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. Böyük sənətkarın musiqi irsini davam etdirmək üçün Moskvada Müslüm Maqomayev Fondu fəaliyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm