Sabir Rüstəmxanlının sənədli romanı Türkiyədə çap olunub - FOTO
Bizi izləyin

Tabloid.az

Sabir Rüstəmxanlının sənədli romanı Türkiyədə çap olunub - FOTO

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının “Difai fədailəri” sənədli romanı Türkiyədə çap olunub.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının “Difai fədailəri” sənədli romanı Türkiyədə çap olunub.

Publika.az xəbər verir ki, “İQ Kültür Sənət Yayıncılığı”nda dərc olunan romanı Türkiyə türkcəsinə İmdat Avşar uyğunlaşdırıb.

Əsər ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım və bu soyqırımın dəhşətləri, fiziki terrordan xilas olmaq üçün Əhməd bəy Ağoğlunun yaratdığı, Qafqazda kifayət qədər güclü tərəfdarları olan “Difai” hərəkatı ilə bağlı tarixi faktlar üzərində qurulub. Sənədli romanın yazılmasında Sankt-Peterburq və Tiflis arxivində saxlanılan tarixi sənədlərdən istifadə olunub. Roman 1905-ci ildən başlayaraq, Azərbaycan ziyalılarının xalqın hüquqlarını qorumaq üçün göstərdikləri fədakarlığı əks etdirir.

Romantik süjet ətrafında qurulan “Difai fədailəri” dövrün tarixi üçün mühüm əhəmiyyət kəsb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm