Səlim skripkasını nəyə dəyişdi? – FOTO
Bizi izləyin

Tabloid.az

Səlim skripkasını nəyə dəyişdi? – FOTO

Skripkaçı Səlim müğənni kimi fəaliyyət göstərməsinə dırnaqarası baxanlara cavab verib.

Publika.az-ın məlumatına görə, Səlim buna hobbi kimi baxdığını deyib: “Əslində, mən oxumağa hobbi kimi baxıram. Dünyada tanınmış ifaçılar var ki, onlar da müğənni kimi özlərini sınayıblar. Mən hələ oxumamışdan əvvəl efirdə söyləmişdim ki, gələcəkdə mahnı da oxuya bilərəm, hər şey ola bilər. Bununla özümü sığortalamışdım. İlk dəfə Rıbakın “Eurovision”da oxuduğu mahnı ilə başladım. Amma indi özüm bəstələyib, özüm də oxuyuram. Çünki istəyirəm məni öz mahnılarıma görə tanısınlar”.

Səlim gələcəkdə mahnılarının ekran versiyasını da təqdim edəcək. O, yaxın vaxtlarda mahnılarından birinə klip çəkdirməyi düşünür.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm