Yenə də “Koroğlu” olacaq – FOTO
Bizi izləyin

Tabloid.az

Yenə də “Koroğlu” olacaq – FOTO

“Koroğlu” operası təqdim olunacaq. Heydər Əliyev Fondunun dəstəyi ilə sentyabrda baş tutacaq tamaşa Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşəcək.

Tamaşada Koroğlu partiyasını Musiqi Kollektivləri Birliyinin rəhbəri, vokalçı Ramil Qasımov ifa edəcək.

Bu barədə Publika.az-a Ramil Qasımovun mətbuat katibi məlumat verib. Operanın sentyabrın 24-də nümayiş ediləcəyi nəzərdə tutulur.

Tamaşada Nigar partiyasını İlahə Əfəndiyeva, Həsən xanı isə xalq artisti Şahlar Quliyev ifa edəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm