Tabloid.az
Maestro Niyazinin ad günüdür
Bu gün Maestro Niyazinin doğum günüdür. Azərbaycanın Xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub.
Çox kiçik yaşlarından ətrafında məşhur xanəndələr görən Niyazidə
də musiqiyə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi
Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva
və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir.
SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı
laureatı, Azərbaycan Lenin komsomolu laureatı, Beynəlxalq Nehru
mükafatı laureatıdır. Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera
və Balet Teatrı ilə bağlıdır. O, 1937-48, 1951-52-ci illərdə
teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən
filarmoniyanın direktoru vəzifəsində çalışıb.
"Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961),
"Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı"
simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci
ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın,
Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı
"Çitra" baletininin (1962) və sairə musiqi əsərlərinin
müəllifidir.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı