• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xalq artisti bağında nə gizlədibmiş?

Xalq artisti bağında nə gizlədibmiş?

Xalq artisti Brilliant Dadaşovanın şairlik istedadı üzə çıxıb. Publika.az-ın məlumatına görə, sənətçı "Facebook” səhifəsində yazdığı şeirlərdən birini paylaşıb. Şeir müğənninin oğlu Cahada həsr olunub.

Həmin şeiri köhnə dəftərlərin birindən tapdığını deyən xalq artisti etiraf edib: “Bağımız əməlli-başlı arxiv imiş. Bunu da oğlum beş-altı yaşında olarkən yazmışdım. Qəlbimdən dostlarımla bölüşmək gəldi:

Yaxşı ki, sən varsan, deyirəm, oğlum,
Toppuş əllərin var, şəkər dilin var.
Yalqızam deməyə haqqım yox demək,
Məni yaşadacaq əməllərin var.

Həyatın işıqlı səhifəsi sənsən,
Çağlayan ruhumun həvəsi sənsən,
Qəlbim dayanarsa, nəfəsi sənsən,
Ömrümə yaraşıq gül tellərin var.

İşığı gözlərindən alıram, oğlum,
Saçdığın şəfəqə mat qalıram, oğlum,
Ağlasan, bulud tək doluram, oğlum,
Canıma can qatan gülüşlərin var.

İsmin mənim üçün xoş gələcəkdir,
Ən gözəl qızlar səni sevəcəkdir,
Sən artdıqca ana qəlbim böyüyəcəkdir,
Milyonlarla nurlu səhərlərin var.

Elə ki baxıram göyçək üzünə,
Suallar verirəm özüm özümə
Axı, mən həmişə çirkin olmuşam,
Bu gözəl oğlanı necə doğmuşam?!

Qeyd edək ki, bundan öncə də sənətçi oğluna yazdığı şeirlərdən birini paylaşmışdı.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR