Nadir Qafarzadə: “Danmıram, ortaya dəlil-sübut çıxarsınlar”- ÖZƏL
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə: “Danmıram, ortaya dəlil-sübut çıxarsınlar”- ÖZƏL

Nadir Qafarzadə baş verənlərlə bağlı Publika.az-a açıqlama verib. Haqqında yayılan xəbərdən əsəbiləşən müğənni dəlil-sübut istəyib: “Əgər polislə aramızda nəsə qarşıdurma olubsa, məni cəzalandırıblarsa, ortaya dəlil-sübut çıxarsınlar. Polis adım, soyadım yazılmış həmin izahatı ortaya çıxarsın. Danmıram. Qardaşım ruhi xəstəlikdən əziyyət çəkir, müalicə alır, amma mənim polislə insidentim yalan söhbətdir”.

Qeyd edək ki, Nadir Qafarzadə xuliqanlıqda ittiham olunur. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəisi Zaur Bədəlovun Publika.az-a verdiyi məlumata görə, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserə, qardaşının yanına gələn müğənni N.Qafarzadə orada xidmət edən polis əməkdaşı ilə mübahisə edib.

Müğənni mübahisə zəminində polisi təhqir edərək ona əl-qol atıb.

Polis bölməsindən bildirilib ki, müğənniyə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Polis tərəfindən saxlanılan müğənninin izahatı alınandan sonra o, sərbəst buraxılıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm