Burada hamı öpüşür – FOTOLAR, VİDEO
Bizi izləyin

Tabloid.az

Burada hamı öpüşür – FOTOLAR, VİDEO

Yaradıcılığını Almaniyada davam etdirən azərbaycanlı müğənni Seyran İsmayılxanovdan xəbər var.

Həmyerlimiz Publika.az saytına açıqlamasında hazırda yeni albomu üzərində çalışdığını deyib. Müğənni sözləri və musiqisi özünə aid olan “Sadəcə sevgi” adlı mahnısına klip çəkdirib.

Onun sözlərinə görə, albom alman dilində işıq üzü görəcək. Albomun adını sirr saxlayan ifaçı klip çəkilişlərinin Köln şəhərində aparıldığını deyib:

“Klipdə bütün insanlar öpüşür. Həmçinin mən də... Öpüşənlər qadınla-kişi, ana ilə bala, yaşlı insanlardır. Bununla demək istəyirəm ki, sevgi sərhəd tanımır, hər bir şəkildə yaşana bilir. Çünki sevgi insanın ürəyində doğulur”.

Publika.az klipdən olan qısa görüntünü təqdim edir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm