Samiraldo: “Evlənirəm, amma arada seks olmayacaq”- FOTOLAR - MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Samiraldo: “Evlənirəm, amma arada seks olmayacaq”- FOTOLAR - MÜSAHİBƏ

Tanınmış stilist Samiraldo evlilik ərəfəsindədir. Artıq nişan mərasimi baş tutub, qızın barmağına üzük taxılıb. İndi də toy tədarükü görülür. Dekabrda Londonda özünə təmtəraqlı toy etməyi planlaşdıran qlamur stilist toy hazırlığı, gələcək həyat yoldaşı və digər incə məsələlər barədə ilk dəfə olaraq Publika.az-a danışdı…

Bəri başdan deyim ki, oxuduqlarınızdan şoka düşəcəksiniz.

“Bu sevginin sekslə heç bir əlaqəsi yoxdur”

- Samiraldo, de görək, bu qəfil evlilik xəbəri haradan çıxdı, hamını çaş-baş qoydun?..

- Elə mən özüm də düşündüm ki, artıq yaş keçir və nə vaxtsa yanımda ola biləcək, ahıl vaxtlarımda mənə kömək edə biləcək insana ehtiyacım var. O insan da mənim övladım ola bilər. Açıq deyəcəyəm, sırf uşaq xatirinə evlənməyə qərar verdim. Artıq 37 yaşım var e, mən də evlənməliyəm axı.

- Gəlin kimlərdəndir, nəçidir, neçə yaşı var? Suallarım o qədər çoxdur ki, heç bilmirəm haradan başlayım, harada qurtarım…

- Qızın 36 yaşı var, məndən bir yaş kiçikdir. Uşaqlıq dostumdur, bir yerdə böyümüşük. Sonradan onun atası xaricə getməli oldu və qızını da özüylə apardı. Amma mənim ona olan sevgim azalmadı. Mən həmişə ürəyimdə onu sevmişəm. Bu, təmiz sevgi olub. Bu sevginin sekslə heç bir əlaqəsi yoxdur.

“Vacib deyil ki, yataqda seks olsun”

- Təhsili varmı?

- Yox, ev qızıdır, heç yerdə işləmir. Artıq nişan olub, qızın barmağına üzük taxmışam.

- Evləndiyin homoseksualdı yaa?

- Yox e, yox, homoseksual deyil, əsl qızdır.

- Bəs sən həmişə deyirdin, problemim var, evlənə bilmərəm…

- Dedim axı, bu, sırf uşaq naminə atılan bir addımdır. Biz seks, yataq xətrinə evlənmirik.

- Başa düşmədim, yəni aranızda cinsi münasibətlər olmayacaq?

- Yox, vacib də deyil ki, yataqda seks olsun. Yaşlı insanlarıq, nə seks, nə yataq. Evlənəcəyəm, amma arada seks olmayacaq.

“O qədər sekssiz yaşayan ailələr var ki...”

- Qıza qabaqcadan bu barədə demisən?

- Əlbəttə, bilir. Bizim aramızda gizlin heç nə yoxdur. O, məni beş barmağı kimi tanıyır. Əslində, onun özünə də seks lazım deyil. İndiyədək lazım olsaydı, gedib kiminləsə yatardı də. Qabağını kəsən yox idi ki. Elə məni gözləyirdi? Onun özü də uşaq arzusundadır. Deyir ki, evlənək, uşağımız olsun, vəssalam. O qədər sekssiz yaşayan ailələr var ki, sənin xəbərin yoxdur. Kimin kimdən xəbəri var ki…

- Özün də deyirsən ki, uşaq istəyirik… Bəs bu uşaq yazıq hardan dünyaya gələcək?

- Tibbin o qədər yenilikləri var ki, ay qız, sən də lap uşaq kimi danışırsan e… Biz əvvəl istəyirdik, uşağı surroqat ana vasitəsi ilə dünyaya gətirək, sonra fikrimi dəyişdim. Əslində, qız bunu istəyirdi, mən istəmədim. Dedim, qoy özü dünyaya gətirsin uşağı, bicbala olmasın. Analıq hissini özü yaşasın ki, sonradan uşağa yaxşı ana ola bilsin. Mən istəyirəm ki, anası uşağıma ürəyim istəyən kimi sevgi verə bilsin. Mən o uşağa gələcək həyatımın mənası kimi baxıram.

“Mən bunun üçün evlənirəm”

- Yaxşı, de görək, toy harda olacaq, kimləri dəvət edəcəksən?

- Toy dekabrda qızın yaşadığı London şəhərində baş tutacaq. Özüm toyun Bakıda olmasını istəmədim. Elə qonaqların hamısı da Londonda tanıdığımız adamlardan ibarət olacaq. Bakıdan toya heç kimi dəvət etməyəcəyəm. Nəyimə lazımdır, qayıdandan sonra ağızlarına gələni danışsınlar. Onsuz da, əskim tüstülüdür, məni burda biabır ediblər. Hansı bir layihə edirəmsə, o saat başlayırlar qeybətə. Elə toyumda iştirak eləməsələr yaxşıdır. Həm də niyə artıq xərcə düşsünlər e, bura deyil, ora deyil. Londona gedib toyda iştirak eləmək üçün bir ətək pul lazımdır. Bir də ki mən öz xoşbəxtliyim üçün evlənirəm, görüntü üçün yox.

“Hər gün bir damın altında yaşamaq fikrində deyilik”

- Maraqdan öldüm e, qız qəşəngdir?

- Qəşənglik şərt deyil, əsas ürəyidir. Məni qəbul edir və mənimlə uşaq sahibi olmaq istəyir, bu əsasdır.

- Yəqin ki, toydan sonra gəlini Bakıya gətirəcəksən…

- Yox, ay qız, nə Bakı? Qız öz vətənində - Londonda yaşayacaq, mən də burada. Biz hər gün bir damın altında yaşamaq fikrində deyilik. Məqsədimiz uşaq sahibi olmaqdır. Gedib-gələcəyik bir-birimizə. Belə daha romantik olacaq hər şey. Yoxsa ki, bütün günü otur bax bir-birinin üzünə. Adam bezər e...

- Nişandan sonra şou-biznes nümayəndələri zəng edib səni təbrik etdilər?

- Yox, paxıllıqdan heç kim məni təbrik etmədi. Elə yaxın dostlarım şad günümə sevindilər.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm