Məşhur kino ulduzları Bakıya niyə yığışır? – FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur kino ulduzları Bakıya niyə yığışır? – FOTO

Avqustun 21-dən sentyabrın 7-dək Bakıda “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində “Bakı sübhdən günbatanadək” adlı tədbir keçiriləcək.


“Azanfilm” studiyasından Publika.az-a verilən məlumata görə, “Dünya sübhdən günbatanadək” Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanıb.

Bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışırlar. Nəticədə şəhərin canlı təsvirini əks etdirən 60 dəqiqəlik sənədli film istehsal olunur.

Hər yerdə dörd mərhələdə yerinə yetirilən layihə bugünədək 9 şəhərdə - Minsk, Kiyev, Moskva, Pekin, Tokio, Tbilisi, Yerevan, Kişinyov və Bıdqoşda gerçəkləşdirilib. 2014-cü ildə Hindistan, Türkiyə və Azərbaycanda da onun həyata keçirilməsi nəzərdə tutulur.

Avqustun 21-dən sentyabrın 7-dək 20-yə yaxın gənc rejissor master klasslarda iştirak edəcəklər. Təlimlərdə iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib.

Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, “TVP 2” Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir.

Layihənin Azərbaycandakı tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm