Millət vəkilinin mahnısını oxudu – FOTO, VİDEO
Bizi izləyin

Tabloid.az

Millət vəkilinin mahnısını oxudu – FOTO, VİDEO

Əməkdar artist Tünzalə Ağayeva yeni “Gözləyirəm” adlı mahnısını internet vasitəsilə təqdim edib.

Publika.az-ın məlumatına görə, mahnının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqi müğənninin özünə, aranjiman isə Emin Kərimova məxsusdur.

Mahnının lentə alınmasında saksofon ifaçısı Teymur Süleymanbəyli və türkiyəli gitaraçı Oğuz Abbas iştirak ediblər.

Mahnının posterinin dizaynı üzərində Nəriman Nərimanzadə çalışıb. Qeyd edək ki, məhz bu mahnı üçün sənətçi xüsusi fotosessiya etdirib. O, fotosessiyada tanınmış dizayner Gülnarə Xəlilovanın kolleksiyasından geyinib. Onu da deyək ki, Tünzalə Ağayeva uzun illərdir ki, Gülnarə Xəlilova ilə əməkdaşlıq edir.

Sənətçinin obrazı üzərində stilistlər işləyib. Fotosessiyada diqqətçəkən məqamlardan biri də müğənninin bədənindəki bodi-art olub. Müəllif isə rəssam Ülviyyə Musayevadır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm