Leylini Ərəbzəngiyə dəyişdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Leylini Ərəbzəngiyə dəyişdi – FOTOLAR

Opera və Balet Teatrının solisti Vüsalə Musayeva yeni obraz üzərində işləyir.

Müğənninin Publika.az-a verdiyi məlumata görə, o, ”Şah İsmayıl" operasında Ərəbzəngi obrazını canlandıracaq. Səhnə əsərinə əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev quruluş verir: “Ərəbzəngi obrazında efirdən Rübabə Muradova, Gülxar Həsənova, Sahibə Əhmədova, Həqiqət Rzayevanı izləmişəm. Həmişə tamaşaçılar qarşısında zərif qəhrəmanları canlandırmışam. Bu dəfə isə qəhrəman bir qadın obrazını ifa edəcəm. Düşünürəm ki, qəhrəman obrazını canlandırmaq mənə bir az çətin olacaq. Çünki qılınclaşmaq üçün çox məşq etməli olacam. Qılınc çox ağırdır, qollarım ona dözməz. Amma ümid edirəm ki, Allahın mənə verdiyi daxili güc və sevgi bu obrazı canlandırmağa kömək edəcək”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm