Azərbaycan tamaşasının Avropa premyerası – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycan tamaşasının Avropa premyerası – FOTO

Londonda Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın Avropa premyerası keçiriləcək.

Publika.az-ın məlumatına görə, yazıçının 100 illiyinə həsr olunmuş tamaşa Londonda fəaliyyət göstərən Aloff teatrının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sentyabr 9-27-də LOST Teatrında nümayiş etdiriləcək.

Britaniyalı aktyorlar tərəfindən ifa ediləcək tamaşanın quruluşçu rejissoru Filiz Özcan, tərcüməçisi Aloff teatrının prodüseri Sənan Əliyevdir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm