Gül festivalı sona çatdı (VİDEO)
Bizi izləyin

Tabloid.az

Gül festivalı sona çatdı (VİDEO)

Macarıstanın Debreçen şəhərində avqustun 15-dən bəri davam edən gül karnavalı bu gün yekunlaşıb.

ANS TV-nin məlumatına görə, əsl festival ab-havasının hökm sürdüyü şəhərdə bir həftə ərzində müxtəlif gül kompozisiyaları nümayiş etdirilib. Dünya şöhrətli macar dekoratorlarının bir-birindən rəngarəng gül kompozisiyaları yerli sakinlərin və turistlərin marağına səbəb olub.

Dünən minlərlə güldən hazırlanmış çələnglərin Debreçen küçələrində paradı da keçirilib. Gül karnavalını əcnəbi və macar xalq rəqsləri və musiqisi ifa edən qruplar da müşayiət edib.

Qeyd edək ki, bütün dünyada tanınan gül karnavalı hər il avqustun 20-də Macarıstanın dövlət olaraq əsasının qoyulmasını qeyd etmək üçün keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm